BAKI, 8 dekabr. TELEQRAF

İngiltərənin "Liverpul" klubu İtaliya "İnter"i ilə oyundan öncə UEFA Çempionlar Liqasındakı iştirak ərizəsində dəyişiklik edəcək.

Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi hücumçusu Məhəmməd Salahı ərizədən çıxarmağı nəzərdən keçirir.

Mənbənin məlumatına görə, buna səbəb 33 yaşlı misirlinin müzakirələrə səbəb olan açıqlamasıdır.

Premyer Liqanın son üç oyununda ehtiyat oyunçular skamyasında qalan Salah bundan şikayətlənmişdi.

Salahın Çempionlar Liqası matçında iştirakı ilə bağlı yekun qərarın gün ərzində veriləcəyi gözlənilir.

Qeyd edək ki, "İnter"- "Liverpul" oyunu dekabrın 9-da keçiriləcək.

İngiltərə təmsilçisi turnirin sonuncu - VI turunda "Qarabağ"la qarşılaşacaq. Matç yanvarın 28-də "Enfild" stadionunda baş tutacaq.