BAKI, 8 dekabr. TELEQRAF

"Liverpul”un futbolçuları baş məşqçi Arne Slotun istefasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə britaniyalı jurnalist Ceyms Uotlendu X sosial şəbəkə hesabında məlumat yayıb.

Komandanın kapitanı və mərkəz müdafiəçisi Vircil van Deyk, eləcə də bir neçə digər əsas futbolçu vinger Məhəmməd Salahın tərəfini tutub. Salah daha əvvəl baş məşqçi ilə münasibətlərinin çətin olduğunu açıqlamışdı.

Qeyd edək ki, Arne Slot “Liverpul”u 2024-cü ilin yayında çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında “qırmızılar” 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının çempionu olublar. Hazırda mersisaydlılar Premyer Liqanın turnir cədvəlində 15 turdan sonra 23 xalla 9-cu pillədə qərarlaşıblar.