BAKI, 4 dekabr. TELEQRAF
Braziliyanın "Santos" klubunun ulduz futbolçusu Neymar gələcək karyerası ilə bağlı qərar verib.
Teleqraf xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə məşhur insayder Fabritsio Romanoya açıqlamasında deyib.
"Mənim üçün prioritet seçim hər zaman "Santos"dur", - deyə braziliyalı oyunçu bildirib.
Qeyd edək ki, Neymarın "Santos"la müqaviləsi bu ilin sonuna qədərdir. Onun Avropa klublarından birinə keçmək istəyində olduğu deyilirdi.