BAKI, 28 noyabr. TELEQRAF

Almaniyanın "Leypsiq" klubunun futbolçusu Assana Uedraoqo qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Teleqraf "Bild"ə istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə bir sıra top klublar maraqlanır.

O, İngiltərənin "Arsenal", "Liverpul", "Çelsi", "Mançester Yunayted", İspaniyanın isə "Barselona" komandasının hədəfindədir.

"Öküzlər" Uedraoqonu 100 milyon avroya satmağa hazırdır. Almaniyalı oyunçunun "Leypsiq"lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Assana Uedraoqo cari mövsüm ərzində meydana çıxdığı 12 oyunda 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.