BAKI, 28 noyabr. TELEQRAF

Azərbaycan UEFA-nın reytinqində 22.250 əmsalla bir pillə geriləyib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu dəyişiklik “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyanın “Napoli” klubuna 0:2 hesabı ilə məğlub olmasından sonra qeydə alınıb.

Hazırda Azərbaycan reytinq cədvəlində 26-cı pillədə qərarlaşıb. Ondan bir pillə yuxarıda yer alan Ukraynanın 22.350, bir pillə aşağıdakı Sloveniyanın isə 22.218 əmsalı var.

Reytinqin lideri isə dəyişməyib. İngiltərə 101.783 əmsalla ilk sırada qərarlaşıb.