BAKI, 27 noyabr. TELEQRAF

İngiltərə "Liverpul"u UEFA Çempionlar Liqasının V turu çərçivəsində evdə Niderlandın PSV klubuna böyük hesabla uduzub - 1:4.

Teleqraf xəbər verir ki, bu, Mersisayd təmsilçisinin cari mövsümdəki 10-cu məğlubiyyəti olub.

Bununla da Arne Slotun rəhbərlik etdiyi kollektiv ötən mövsüm qeydə alınan 9 məğlubiyyət sayını geridə qoyub.

"Qırmızılar" həmçinin 1992-ci ildən bəri ardıcıl üç oyunda 3 və daha çox qol buraxır. Komanda daha əvvəl İngiltərə Premyer Liqasında "Nottingem Forest"lə "Mançester Siti"yə 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Qarabağ"ı qəbul edəcək. Görüş gələn ilin yanvarın 28-də keçiriləcək.