BAKI, 26 noyabr. TELEQRAF
Rusiyanın “Dinamo Moskva” klubu Azərbaycan əsilli futbolçu Ülvi Babayevlə müqaviləni uzada bilər.
Teleqraf xəbər verir ki, kbu barədə klubun baş direktoru Pavel Pivovarov açıqlama verib.
“Ülvi ilə danışıqlar aparırıq. Düşünürəm ki, hər şey yaxşı olacaq” – deyə, klub rəsmisi qeyd edib.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm RPL-də 8 oyuna çıxıb və 1 qol vurub.