BAKI, 22 noyabr. TELEQRAF
Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində daha 32 nəfər həbs edilib
Teleqraf xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan çirkli pul və qanunsuz mərc istintaqında məhkəmə qərarı ilə həbs edilən 32 nəfər arasında 4 nəfər hakim də var.
Qanunsuz mərc oyunları araşdırması zamanı Fedlan Kılıçaslan və keçmiş futbolçu Batuhan Karadeniz barəsində “qırmızı bülleten” çıxarılıb. Hər iki şəxsin bütün mülkləri üzərinə həbs qoyulub.
Fedlan Kılıçaslan qanunsuz mərc saytı olan “Merit King”in sahibidir. Fedlan Kılıçaslanın bütün bank hesabları bloklanıb.
Xarici ölkədə olan Batuhan Karadeniz isə özünün sosial şəbəkə hesablarında qanunsuz mərc oyunları səhifələrini reklam etdiyi üçün axtarışa verilib.