BAKI, 20 noyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubunun zədəli qapıçısı Alisson Bekker sıraya dönüb.

Teleqraf xəbər verir ki, braziliyalı qolkiper bu həftə sonu Premyer Liqa çərçivəsində "Nottingem Forest"lə keçiriləcək oyunda iştirak edə bilər.

Bekker son olaraq sentyabrın 30-da ÇL-nin II turunda Türkiyədə "Qalatasaray"a 0:1 hesabı ilə məğlub olduqları matçda iştirak edib.

Qeyd edək ki, "Qarabağ"la "Liverpul" gələn ilin yanvarın 28-də qarşılaşacaq.