BAKI, 18 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində “Qarabağ”ın rəqibi olan İngiltərənin “Liverpul” klubunun sahibi, amerikalı Fenway Sports Group şirkəti İspaniyanın “Xetafe” klubunu almaq planından imtina edib.
Teleqraf "Marca" nəşrinə istinadən xəbər verir ki, investisiya qrupunun əvvəl başlamış danışıqlardan vaz keçməsinə səbəb La Liqa qaydaları olub.
Amerikalıları İspaniya çempionatında tətbiq olunan maliyyə ədalətliliyi (financial fair play) qaydalarına ciddi riayət tələbləri narahat edib.
Qeyd edək ki, “Qarabağ” VIII turunda yanvarın 28-də İngiltərədə “Liverpul”la qarşılaşacaq.