BAKI, 15 noyabr. TELEQRAF
“Mbappedən başqa da itkilər var. Sabah 22 oyunçumuz Fransa millisi üçün mübariə aparacaq. Biz enerjili, inadkar komandayıq. Sabah qələbə üçün əlimizdən gələni edəcəyik”
Teleqraf xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığması ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşma barədə bunları deyib: "Artıq biz mundiala vəsiqəni təmin etmişik. Bu da bizi rahatlaşdırır. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır".