BAKI, 30 sentyabr. TELEQRAF

“Kopenhagen"lə matç "Qarabağ" üçün çox vacibdir. Yaxşı nəticə əldə edəcəyimizə inanıram. Qalibiyyət üçün əlimizdən gələni edəcəyik. Oyuna tam dərəcədə fokuslanacağıq”.

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının II turunda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

25 yaşlı yarımmüdafiəçi oyuna yaxşı hazırlaşdıqlarını bildirib: “Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. "Kopenhagen" əla komandadır. Çempionlar Liqasıdır. Hər bir komanda güclüdür. Biz ən yaxşımızı və maksimumuzu meydanda verəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Niderlandlı hakim Sərdar Gözüböyünün idarə edəcəyi qarşılaşma saat 20:45-də start götürəcək.