BAKI, 26 sentyabr. TEIEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan İngiltərənin “Liverpul” klubu Almaniya təmsilçisi “Bavariya”nın futbolçusu Dayo Upamekano ilə maraqlanır.
Teleqraf “Bild” nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar 26 yaşlı fransız futbolçunu azad agent kimi heyətinə qatmaq imkanını nəzərdən keçirirlər.
“Liverpul” son transfer pəncərəsində “Kristal Pelas”dan Mark Qexini almağa çalışsa da, bu mümkün olmayıb. Komandanın müdafiə xəttindəki boşluq, xüsusən də mərkəz müdafiəçisi Giovanni Leoninin uzunmüddətli zədəsi fonunda yeni transfer ehtimalını daha da gücləndirir.
Qeyd edək ki, Upamekanonun “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. O, cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Qarabağ" UEFA Çempionlar Liqasının 8-ci turunda yanvarın 28-də səfərdə "Liverpul"la qarşılaşacaq.