BAKI, 23 sentyabr. TELEQRAF
"22 ildən sonra buradayam. Burada çox gecələr keçirmişəm. Gələrkən özümdə bir həyəcan hiss etdim. Gözəl bir həyəcan idi, hələ də davam edir. İnanıram ki, birlikdə gözəl günlər yaşayacağıq”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə nəhəngi "Fənərbağça"nın prezidenti Sadettin Saran jurnalistlərə açıqlamasında deyib.
Klub rəhbəri görüləcək işlərdən danışıb: “Seçki müddətində günlərlə eyni şeyi deyirdim. Bunu keçmiş idmançı kimi, inanaraq, sadəcə söz olsun deyə deməmişəm.
Birlik və həmrəylik olmadan çempionluq mümkün deyil. Yalnız komanda şəklində deyil, azarkeşlərsiz də çempion ola bilmərik. Keçmiş prezidentlərlə birlikdə bu kuboku qaldıracağıq. Bu sözlərimi bütün səmimiyyətimlə deyirəm. Sabah həm Prezident Kubokunu qazanacağıq, həm də Xorvatiyadan qalib komandamızla dönəcəyik.
Bundan sonra məqsədimiz mövsümün sonuna qədər gecəmizi gündüzümüzə qataraq "Fənərbağça"nı çempion etmək olacaq. Əsas olan budur. Yeni bir səhifə açırıq. Keçmiş səhifədə Ali Koç yaxşı prezident idi və "Fənərbağça" üçün çox işlər gördü. Biz daha yaxşısını edəcəyik”.
Qeyd edək ki, Sadettin Saran sentyabrın 21-də "sarı-lacivərdlilər"in yeni prezidenti seçilib.