BAKI, 18 sentyabr. TELEQRAF
İngiltərə təmsilçisi “Liverpul”un futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında 48-ci qolunu vurub.
Teleqraf xəbər verir ki, o, əsas mərhələnin I turunda doğma meydanda “Atletiko”ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib.
Salah bu göstəricidə Andrey Şevçenko və Zlatan İbrahimoviçlə eyni nəticəni göstərib. Onlar turnirin bombardirlər siyahısında 11, 12 və 13-cü pillələri bölüşürlər.
Xatırladaq ki, turnirin ən yaxşı bombardiri 140 qolla Kriştianu Ronaldudur.