BAKI, 18 iyun. TELEQRAF

Azərbaycan klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşk səbətlərindəki rəqiblərinin sayı azalıb.

Teleqraf xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək püşkatma mərasimində "Zirə" və "Araz-Naxçıvan", eləcə də Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya "Tsele"sini keçə bilməyəcəyi təqdirdə, "Sabah" bu komandalardan birinə rəqib olacaq:

"Zirə"

"Hayduk" (Split, Xorvatiya)

"Maribor" (Sloveniya)

AEK (Afina, Yunanıstan)

"Dunayska Streda" (Slovakiya)

AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad" (Serbiya) cütünün qalibi

Bu komandalardan "Dunayska Streda"nın yarışa qatılması sual altındadır. Məsələyə klubla bağlı araşdırmalar yekunlaşdıqdan sonra aydınlıq gələcək.

"Araz-Naxçıvan"

"İstanbul Başakşehir" (Türkiyə)

"Omoniya" (Kipr)

"Aris" (Saloniki, Yunanıstan)

"Beytar" (İsrail)

"Sabah"

"Rapid" (Avstriya)

"Yagelloniya" (Polşa)

"Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi

"Eskaldes" (Andorra) - "Diddelenj" (Lüksemburq) cütünün qalibi

"Universitatya Krayova" (Rumıniya)

Qeyd edək ki, Azərbaycanın hər 3 komandası püşkatmada səpələnməmişlər səbətində yer alacaq.