BAKI, 23 may. TELEQRAF
ABŞ Luqansk vilayətində kollecə endirilən zərbə ilə bağlı məlumatlardan sonra dərhal və hərtərəfli atəşkəsə çağırış edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-də daimi nümayəndəsinin müavini Temmi Brüs Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən danışıb.
O qeyd edib ki, Luqanskda ölən və yaralananlarla bağlı xəbərlər diqqətlə izlənilir və hadisə ilə bağlı bir çox sual hələ cavabsız qalır.
Diplomat vurğulayıb ki, ABŞ müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün dərhal və genişmiqyaslı atəşkəsin vacibliyini qeyd edir.
Qeyd edək ki, Rusiya tərəfinin məlumatına görə, mayın 22-nə keçən gecə Luqansk vilayətinin Starobelsk şəhərində yerləşən kollec binası və yataqxana pilotsuz uçuş aparatları ilə vurulub. Hadisə zamanı binada 14-18 yaş arası 86 yeniyetmənin olduğu bildirilib. İlkin məlumata əsasən, altı nəfər ölüb, onlarla insan yaralanıb və itkin düşənlər var.