BAKI, 23 may. TELEQRAF
Çin Ukrayna böhranının siyasi yolla nizamlanması prosesində konstruktiv rol oynamağa hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Fu Tsun BMT-də çıxışı zamanı danışıb. O qeyd edib ki, Çinin Ukrayna məsələsi üzrə mövqeyi obyektiv, qərəzsiz və ardıcıldır.
Diplomatın sözlərinə görə, Si Cinpin tərəfindən irəli sürülən prinsiplər əsasında Pekin hər zaman sülh, dialoq və humanizm tərəfdarı olub.
Fu Tsun vurğulayıb ki, Çin münaqişənin dayandırılmasını və siyasi həll yolunun tapılmasını qətiyyətlə dəstəkləyir, həmçinin beynəlxalq ictimaiyyətlə birlikdə sülh danışıqlarının təşviqi istiqamətində səylər göstərir.