BAKI, 22 may. TELEQRAF

“Qarabağ” Azərbaycan Premyer Liqasının son - XXXIII turunda “Sumqayıt”la qarşılaşıb.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma “köhlən atlar”ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Elvin Bayramovun idarə etdiyi görüşdə Ağdam təmsilçisinin heyətində Ramil Şeydayev (3, 64), Emmanuel Addai (22) və Aleksey Kaşuk (85) fərqləniblər. “Kimyaçılar”ın qollarını isə Səbuhi Abdullazadə (53), Rüstəm Əhmədzadə (76) və Emil Mustafayev (90+3) vurublar.

Bu nəticədən sonra xallarını 69-a çatdıran Qurban Qurbanovun komandası mövsümü ikinci pillədə başa vurub. Saşa İliçin rəhbərlik etdiyi “Sumqayıt” isə 41 xalla yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasına mayın 24-də yekun vurulacaq.