BAKI, 23 may. TELEQRAF

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib.

Teleqraf xəbər verir ki, Ukraynadan müəyyən növ kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı tədbirlər haqqında hökumət qərarı rəsmi qəzetdə açıqlanıb.

Qaydalara əsasən, mal, donuz, qoyun, keçi və quş əti, yumurta, bal, tərəvəz, taxıl, un, bitki yağı, şərabın idxalına qadağa qoyulur.

İdxal qadağası Macarıstan ərazisindən yalnız tranzit olaraq keçən yüklərə şamil edilmir, lakin bu cür yüklər ciddi şərtlərə tabedir.

Qaydaların pozulması halında, daşıyıcı ƏDV xaric malların dəyərinin 100 faizinə qədər cərimə edilə bilər.