BAKI, 22 may. TELEQRAF
İsrail tərəfindən işğal olunmuş ərazilərdən Avropa Birliyinə rüsumsuz məhsul idxalına qadağa qoyulmalıdır. Sanksiyalar işğaldakı təşkilatlara da şamil edilməlidir.
Teleqraf xəbər verir ki, bunu İsveçin xarici ticarət naziri Benjamin Dusa bildirib.
Dusa İsrailə qarşı daha sərt siyasətə ehtiyac olduğunu bildirib: "İşğal olunmuş ərazilərdən məhsulların AB-yə demək olar ki, rüsumsuz daxil olması mümkün olmamalıdır. Getdikcə daha çox ölkə deyir ki, bəsdir. İndi qismən İsrail təşkilatlarına qarşı sanksiyalara doğru irəliləməliyik."
İşğal olunmuş ərazilərdən malların Aİ-yə daxil olmasının qarşısının alınmasının vacibliyinə diqqət çəkən Dusa qeyd edib ki, dünyanın diqqəti İrandakı müharibəyə yönəlsə də, İordan çayının Qərb sahillərində baş verənlər diqqətdən yayınmamalıdır.