BAKI, 22 may. TELEQRAF
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbar istefa verib.
Teleqraf xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampa ünvanladığı istefa məktubunda istefaya səbəb kimi əri Abrahamın xərçəngdən əziyyət çəkməsini göstərib.
Tulsi Qabbarın istefası iyunun 30-dan etibarən qüvvəyə minir.