BAKI, 6 may. TELEQRAF

İngiltərənin “Bornmut” klubunun futbolçusu İlya Zabarnı yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Teleqraf “Sky Sport”a istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Fransa PSJ-sinin maraq dairəsinə düşüb.

Paris təmsilçisi 22 yaşlı oyunçunu mövsümün sonunda yollarını ayırmağa hazırlaşdığı Markinyosun əvəzləyicisi hesab edir.

Zabarnının “Bornmut”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, İlya Zabarnı cari mövsüm ərzində 36 oyunda meydana çıxıb.