BAKI, 23 aprel. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Teleqraf-ın məlumatına görə, 78-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 500 manat cərimələnib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimə edilib.

“Turan Tovuz” isə azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün 1 500 manat ziyana düşüb.

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.