BAKI, 24 dekabr. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan suriyalı həmkarı Əsəd Əl-Şeybani ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dekabrın 23-də Əsəd Əl-Şeybani və müdafiə naziri general-mayor Murhaf Əbu Kasra Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də görüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran siyasi, hərbi və iqtisadi məsələlər müzakirə olunub.