BAKI, 24 dekabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2026-cı ilin fevralında Ermənistana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan məlumat verib.
Partiya rəhbəri bildirib ki, bu, təkcə yüksək səviyyəli adi bir səfər deyil, Vaşinqtonun avqustun 8-də (Azərbaycan, ABŞ və Ermənistan arasında) əldə edilmiş razılaşmalarının icrasına sürətlə həyata keçirdiyini göstərən faktdır.
Babacanyan Vensin gözlənilən səfərinin “Tramp yolu” layihəsinin həyata keçirilməsi baxımından da önəmli olduğunu vurğulayıb.
Siyasətçi ABŞ-nin vitse-prezidentinin mümkün səfərinin aşağıdakı aspektlər baxımından önəmli olduğunu qeyd edib:
“Birincisi, TRIPP üçün investisiya layihələri: yollar, logistika mərkəzləri, anbarlama, yükdaşımalar, sığorta, xidmət iqtisadiyyatı və sairə.
İkincisi, sərhəd və gömrük imkanlarının sürətli modernləşdirilməsi: qaçaqmalçılığa qarşı sistemlər, tam rəqəmsallaşdırma, kibermüdafiə, yükdaşımalara nəzarət.
Üçüncüsü, hüquqi təminatlar: şəffaf müqavilələr, müstəqil nəzarət, risklərin qarşısının alınması, investorla dövlət maraqlarının balanslı qorunması”.