BAKI, 22 aprel. TELEQRAF
Portuqaliya yığmasının və “Real Madrid”in sabiq futbolçusu Luiş Fiqu UEFA Çempionlar Liqasında (ÇL) qələbəyə əsas namizədin adını açıqlayıb.
Teleqraf “Tuttomercato” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi futboçu PSJ-ni favorit görür.
Fiqu mövqeyini belə əsaslandırıb: “ÇL-i kim qazanacaq? Düşünürəm ki, PSJ. Komanda əla fiziki formadadır və stabil nəticələr göstərir. Amma dəqiq bir fikir söyləmək də çətindir”.
Yada salaq ki, ÇL-in yarımfinalında PSJ “Arsenal”la, “Barselona” isə “İnter”lə qarşılaşacaq.