BAKI, 22 aprel. TELEQRAF
İngiltərə Premyer Liqasının 33-cü turunun son oyununda “Tottenhem” öz meydanında “Nottingem Forest”ə məğlub olub – 1:2.
Teleqraf xəbər verir ki, Londonun “Tottenhem Hotspur” stadionunda baş tutan matçda hesabı 5-ci dəqiqədə "Nottingem"in yarımmüdafiəçisi Elliot Anderson açıb. 16-cı dəqiqədə hücumçu Kris Vud qonaqların üstünlüyünü artırıb. “Tottenhem”in hücumçusu Riçarlisonun 87-ci dəqiqədə vurduğu qol komandasını məğlubiyyətdən qurtamaq üçün yetərli olmayıb.
Uğursuz mövsüm keçirən “Tottenhem” 37 xalla 16-cı yerdədir. Vacib qələbə qazanan “Nottingem” 60 xalla üçüncü pilləyə yüksəlib.
Turnir cədvəlinə 79 xalla “Liverpul” başçılıq edir.