BAKLI, 21 aprel. TELEQRAF

"Araz-Naxçıvan"ın futbolçuları Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç aprelin 23-də Azərbaycan Kubokunun cavab görüşündə iştirak edə biləcəklər.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəsini müalicə etdirən futbolçular komandanın bugünkü məşqinə qatılıblar.

Bu futbolçuların aprelin 23-də keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iştirakı matç günü məlum olacaq.

Əvəzində Mustafa Əhmədzadə, Allaş Əyyub, Sezar Meza Kolli və Ramin Nəsirli hələ də zədəlidirlər.

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" oyunu aprelin 23-də, saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk görüşündə "Araz-Naxçıvan" 1:0 hesablı qələbə qazanıb