BAKI. 20 aprel. TELEQRAF
“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 32-ci turunda "Selta" ilə oyunda (4:3) zədələnib.
Teleqraf “AS” nəşrinə istinadən xəbər verir ki, polşalı forvardın Kataloniya klubunun vacib matçlarında meydana çıxa bilməyəcəyi gözlənilir. Onun azı üç həftə yaşıl meydanlardan kənarda qalmaq ehtimalı var.
Levandovskinin aprelin 26-da “Real Madrid”lə keçiriləcək Kral Kubokunun final matçını buraxacağı gözlənilir.
Təcrübəli hücumçunun Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”ə qarşı matçlarında (30 aprel və 6 may) da iştirak ehtimalı azdır.