BAKI. 20 aprel. TELEQRAF

Türkiyə Superliqasına vəsiqə qazanan ilk komanda bəlli olub.

Teleqraf xəbər verir ki, “Kocaelispor” 1-ci liqanın növbəti turlarının nəticələrindən asılı olmayaraq, elitaya vəsiqə qazanıb.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də heyətində yer aldığı “Boluspor”un “Karagümrük”ə qalib gəlməsi (1:0) “Kocalespor”un mövsümü lider başa vuracağını rəsmiləşdirib.

“Kocaelispor” 16 illik fasilədən sonra Superliqaya qayıdıb.