BAKI, 18 aprel. TELEQRAF

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Teleqraf xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan “Çelsi” öz meydanında “Legiya”nı sınağa çəkib. İlk matçda böyük hesabla qələbə qazanan londonlular təkrar oyunda uduzsalar da, yarımfinala vəsiqəni təmin ediblər.

Turnirin iddialı komandalarından “Fiorentina” da yarımfinala yüksələn komandalar arasındadır.

Yarımfinalda "Çelsi" "Yurqorden"lə, "Betis" isə "Fiorentina" ilə qarşılaşacaq.

UEFA Kofrans Liqası

1/4 final, cavab oyunları

17 aprel

20:45 “Yaqelloniya” (Polşa) - “Betis” (İspaniya) - 1:1

İlk oyun: 0:2

20:45 Fiorentina (İtaliya) - “Selye” (Sloveniya) – 2:2

İlk oyun: 2:1

23:00 “Rapid” (Avstirya) - “Yurqorden” (İsveç) – 1:2 (əlavə vaxtda 1:4)

İlk oyun: 1:0

23:00 “Çelsi” (İngiltərə) - “Legiya” (Polşa) – 1:2

İlk oyun: 3:0