BAKI, 18 aprel. TELEQRAF

Futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Teleqraf xəbər verir ki, gecənin maraqlı oyunlarından birində “Mançester Yunayted” öz meydanında “Lion”la qarşılaşıb. Cütün taleyi əsas vaxtda müəyyənləşməyib. Dramatik şəraitdə keçən oyunda qapılara 9 qol vurulub. Mançester klubu son dəqiqələrdə əzmkarlıq nümayiş etdirərək, yarımfinala yüksəlib.

“Tottenhem” klubu ilk oyunda məğlub edə bilmədiyi “Ayntraxt”ı səfərdə üstələyərək, yarımfinala adını yazdırıb.

“Latsio” klubunun da Norveç təmsliçisi ilə qarşılaşmasında qalib əsas vaxtda bəlli olmayıb. Skandinaviya klubu penaltilər seriyasında rəqibindən üstün olub.

“Atletik” klubu İspaniyada “Reyncers” üzərində asan qələbə qazanmaqla mərhələni keçib.

Yarımfinalda "Mançester Yunayted" "Atletik"lə, "Bodö Qlimt" isə "Tottehhem"lə qarşılaşacaq.

Avropa Liqası

1/4 final, cavab oyunları

17 aprel

23:00 “Latsio” (İtaliya) - “Budö Qlimt” (Norveç) – 2:0 (əlavə vaxtda 3:1, penaltilərlə 2:3)

İlk oyun: 0:2

23:00 “Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) – 2:2 (əlavə vaxtda 5:4)

İlk oyun: 2:2

23:00 “Atletik Bilbao” (İspaniya) - “Reyncers” (Şotlandiya) – 2:0

İlk oyun: 0:0

23:00 “Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə) - 0:1

İlk oyun: 1:1