BAKI, 17 aprel. TELEQRAF
“Arsenal”ın çalışdırıcısı Mikel Arteta “Real Madrid” üzərində qələbədən sonra “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya təşəkkür edib.
Teleqraf “Sky Sport”a istinadən xəbər verir ki, mütəxəssis uğurlarında ispan çalışdırıcının böyük əməyi olduğunu önə çəkib.
Arteta bildirib: “Qvardiolaya zəng etdim. Uğurlarıma görə ona borcluyam. Birgə gözəl illər yaşadıq və həmişə ona minnətdar olacağam”.
Qeyd edək ki, Arteta 2016-19-cu illərdə “Mançester Siti”də Qvardiolanın köməkçisi vəzifəsində çalışıb.