BAKI, 17 aprel. TELEQRAF

“Opta” superkompüteri turnirin 1/4 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra UEFA Çempionlar Liqasında (ÇL) qələbəyə əsas namizədin adını açıqlayıb.

Teleqraf xəbər verir ki, Avropanın ən nüfuzlu klub yarışında qalib gəlmək şansı ən çox “Arsenal”ın (28,47 faiz), ən az “Barselona”nın (21,8) olub.

ÇL-də titula iddialıların tam siyahısı belədir:

“Arsenal” - 28,7;

“İnter” - 25,5;

PSJ - 24;

“Barselona” - 21,8.

Qeyd edək ki, ÇL-in son qalibi “Real Madrid”dir. Madridlilər ötən il finalda Dortmund “Borussiya”sını məğlub edib (2:0). Bundan əlavə, “Real Madrid” ÇL-də qələbələrin sayına görə mütləq rekordçudur (15 dəfə).