BAKI, 11 aprel. TELEQRAF
AFFA-nın tərkibində olan federasiyalar, üzvlər və akademiyaların saxlanılmasına 2 milyon 588 min 100 manat vəsait ayrılıb.
Teleqraf-ın məlumatına görə, bu barədə qurumun hesabatında bildirilir.
Məbləğin 1 milyon 572 min manatı Azərbaycan Futzal Federasiyasına ödənilib.
Qalan 1 milyon 16 min manat isə 8 futbol qurumu arasında bölüşdürülüb.

Futbolun İnkişaf Fondu 384 min manat əldə edib.
Regional Futbol Federasiyaları İctimai Birliyi 182 min manat, Uşaq və Gənclər Futbol Federasiyası 180 min manat, Çimərlik Futbolu Federasiyası 136 min manat, Sahə Futbol Federasiyası 69 min 500 manat, İctimai Futbol Təşkilatları İctimai Birliyi 39 min 600 manat, İsgəndər Cavadov adına Akademiya 16 min 500 manat, Tələbə Futbol Federasiyası 8 min 500 manat əldə edib.