BAKI. 11 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasındakı klublara ayrılan vəsaitin məbləğində artım olmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, klublara vəsait yalnız dövlətdən və AFFA-dan gəlməməlidir: "Daha çox sponsor cəlb etməyə çalışmalı, dayanıqlı maliyyələşmə mənbələri olmalıdır. Yalnız dövlət vəsaiti hesabına klubu inkişaf etdirmək mümkün deyil. Klublara ayrılan ümumi məblləğdə dəyişiklik baş verməyəcək. Bu isə o deməkdir ki, klub sayı artsa belə, ümumi məbləğ dəyişməyəcək. Bu zaman artım olacaq, yoxsa azalma? Bununla bağlı AFFA İcraiyyə Komitəsində müzakirələr aparılacaq".