BAKI. 11 aprel. TELEQRAF

2024-cü il üzrə AFFA-ya daxilolmaların 38 faizi xarici mənbələrdən, 62 faizi daxili mənbələrdən olub.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın Növbəti hesabat Konfransında bildirilib.

Maliyyə hesabatına əsasən, xərclər 5 əsas meyar üzrə üstünlük təşkil edib.

AFFA-nın prezidenti Rövşən Nəcəf futbola özəl sektorun da cəlb olunması istiqamətində işlər apardıqlarını söyləyib: "Hazırda çox məhdud sayda daxilolmalar var. Gəlir mənbələrini diversifikasiya ilə məşğul olmalıyıq. Bu istiqamətdə klublarla çalışmalıyıq".