BAKI, 11 aprel. TELEQRAF

Azərbaycan yığmalarının, xüsusən əsas milli komandanın nəticələrindən razı deyilik.

Teleqraf xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun növbəti konfransında deyib.

O, baş məşqçi Fernandu Santuşla görüşdüklərini və nəticələrdən narahatlıqlarını diqqətə çatdırdıqlarını söyləyib.

Nəcəf AVRO-2028-ə vəsiqə hədəfinin dəyişməz olaraq qaldığını əlavə edib. AFFA prezidenti gedişatdan asılı olaraq, müəyyən qərarlar qəbul edəcəklərini istisna etməyib.

O, U-21 yığmasının və qadınlardan ibarət milli komandanın son nəticələrinin gələcəyə ümid verdiyini də diqqətə çatdırıb.