BAKI, 11 aprel. TELEQRAF

Bu gün keçiriləcək bir oyunla Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

Teleqraf-ın məlumatına görə, "ASCO Arena"da autsayder "Səbail" lider "Qarabağ"la üz-üzə gələcək.

Saat 19:00-da başlanacaq görüşü baş hakim Tural Qurbanov idarə edəcək.

Hazırda "Səbail" 29 oyundan 20 xalla 10-cu, "Qarabağ" isə 70 xalla 1-ci yerdə gedir.

İki komanda indiyədək 30 dəfə qarşılaşıb. Bunların yalnız 3-də "Səbail" qələbə qazana bilib. Əvəzində "Qarabağ" 25 dəfə qalib gəlib, 2 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi ciddi üstünlüyə malikdir - 70:15.

“Qarabağ” bütün görüşlərdə qol vurubsa, “Səbail” son 6 qarşılaşmada xal qazanmayıb.

Azərbaycan Premyer Liqası, XXX tur
11 aprel (cümə)

19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”

Qeyd edək ki, turun digər oyunları 12-13 apreldə keçiriləcək.