BAKI, 11 aprel. TELEQRAF

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Teleqraf xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan İngiltərənin “Çelsi” komandası Polşada “Legiya”nın qonağı olub. Görüş London komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

İtaliya "Fiorentina"sı və Avstriya "Rapid"i də səfər oyunlarından qalibiyyətlə ayrılıb. Meydan sahiblərindən yalnız İspaniya "Betis"i öz meydanında azarkeşlərini sevindirə bilib.

UEFA Kofrans Liqası

1/4 final, ilk oyunlar

10 aprel

20:45. “Legiya” (Polşa) – “Çelsi” (İngiltərə) - 0:3

Qollar: Tayrik Corc, 49. Noni Madueke, 57; 74

Qolla nəticələnməyən penalti: Kristofer Nkunku, 73 ("Çelsi")

23:00. “Betis” (İspaniya) – “Yaqelloniya” (Polşa) - 2:0

Qollar: Sedrik Bakambu, 24. Xesus Rodriges, 45+2

23:00. “Selye” (Sloveniya) - Fiorentina (İtaliya) - 1:2

Qollar: Loqan Delorye-Şobe, 68 (penalti ilə) - Luka Ranyeri, 27. Lorando Mandraqora, 62 (penalti ilə).

23:00. “Yurqorden” (İsveç) – “Rapid” (Avstirya) - 0:1

Qol: Hampus Finndell, 62 (öz qapısına)

Qeyd edək ki, cavab görüşləri aprelin 17-də keçiriləcək.