BAKI, 10 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu britaniyalı rejissor və prodüsser Mettyu Von ilə birlikdə UR MARV adlı müstəqil kinostudiya yaradıb.

Teleqraf-ın məlumatına görə, bu barədə 40 yaşlı hücumçunun özü açıqlama verib.

“Bu, mənim üçün həyəcanlı başlanğıcdır. Biznesdə yeni işlərimi səbirsizliklə gözləyirəm”, - deyə o qeyd edib.

Onlar artıq döyüş janrında iki filmə prodüsserlik ediblər və üçüncü kinofilmin çəkilişlırinə başlamağı planlaşdırırlar.

Qeyd edək ki, Kriştianu Ronaldunun “Əl-Nəsr”lə müqaviləsi bu yay başa çatacaq.