BAKI, 10 aprel. TELEQRAF

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.

Teleqraf "Opta Sport"a istinadən xəbər verir ki, polşalı hücumçu bir mövsüm ərzində 3 müxtəlif komandada 10-dan çox qol vuran ilk oyunçu ünvanına sahib çıxıb.

36 yaşlı qolçu "Barselona"dan əlavə, Almaniyanın "Borussiya" (Dortmund) və "Bavariya" komandalarında da bu həddi keçib.

Ümumilikdə Levandovskinin hesabında Çempionlar Liqasında 105 qol var. O, Kriştianu Ronaldu (140) və Lionel Messidən (129) sonra üçüncü ən yaxşı bombardirdir.