BAKI, 10 aprel. TELEQRAF

PSJ-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya “Aston Villa”ya qarşı keçirdikləri oyunda qazandıqları qələbəni şərh edib.

Teleqraf BBC-yə istinadən xəbər verir ki, gənc futbolçu İngiltərədə daha çətin oyuna çıxacaqlarını vurğulayıb.

Kvaratsxeliya bildirib: “Nəticədən razıyıq, amma uğurun davamını gətirməliyik. Qarşıda ikinci oyun var və iş hələ bitməyib. İngiltərədə çətin matç olacaq. Sonda nə baş verəcəyini görəcəyik”.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ öz meydanında 3:1 hesabı ilə “Aston Villa”nı məğlub edib. Görüşdə qollardan birini gürcü forvard vurub.

Təkrar matç aprelin 15-də Birmingemin “Villa Park” stadionunda keçiriləcək.