BAKI, 10 aprel. TELEQRAF
Futbol üzrə UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, ilk oyunda “Latsio” Norveçdə “Budö Qlimt”in qonağı olacaq.
Digər 3 qarşılaşma eyni vaxtda start götürəcək.
Qeyd edək ki, təkrar oyunlar bir həftə sonra baş tutacaq.
Avropa Liqası
1/4 final, ilk oyunlar
10 aprel
20:45 “Budö Qlimt” (Norveç) – “Latsio” (İtaliya)
23:00 “Lion” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
23:00 “Reyncers” (Şotlandiya) – “Atletik Bilbao” (İspaniya)
23:00 “Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Almaniya)