BAKI, 9 aprel. TELEQRAF

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor" komandasının heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, XXXIII turda rəqib "Sakaryaspor" olub.

Bolu Atatürk stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Start heyətdə yer alan İsgəndərli 86-cı dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində "Boluspor" 48 xalla 8-ci pilləyə yüksəlib. Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Çorum" isə eyni xalla 11-ci yerdə gedir.