
BAKI, 23 mart. TELEQRAF
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Teleqraf xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.