BAKI, 24 mart. TELEQRAF

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Teleqraf xəbər verir ki, bu gün G, H və K qruplarının 6 matçı baş tutacaq.

K qrupunda İngiltərə doğma meydanda Latviya seçməsi ilə qarşılaşacaq.

Polşa isə G qrupu matçında Maltanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda Fransa, İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır.

DÇ-2026

Avropa zonası üzrə seçmə mərhələ

24 mart

G qrupu

21:00 Litva - Finlandiya

23:45 Polşa - Malta

H qrupu

23:45 Bosniya və Herseqovina - Kipr

23:45 San Marino - Rumıniya

K qrupu

23:45 İngiltərə - Latviya

23:45 Albaniya - Andorra