BAKI, 1 iyun. TELEQRAF
Ermənistan məhkəməsi müxalifətçi, "İmnemnimi" verilişinin həmmüəllifi və aparıcısı Vazgen Saqatelyanın cəzasını ev dustaqlığını inzibati nəzarətlə əvəz edərək yüngülləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan sosial şəbəkə hesabında yazıb.
Vəkil yazıb ki, Vazgen Saqatelyanın ev dustaqlığı ləğv edilib. Məhkəmə Vazgenin ictimaiyyət qarşısında çıxış etməsini qadağan edərək, qabaqlayıcı tədbir olaraq inzibati nəzarət tətbiq edib.
Qeyd edək ki, "İmnemnimi" verilişinin həmmüəllifləri və aparıcıları, mövcud hökumətin və Baş nazir Nikol Paşinyanın sərt tənqidçiləri olan müxalifət liderləri Narek Samsonyan və Vazgen Saqatelyan 13 noyabr 2025-ci ildə Ermənistan Parlamentinin sədri Alen Simonyanın hüquq-mühafizə orqanlarına verdiyi şikayət əsasında həbs ediliblər.