BAKI, 1 iyun. TELEQRAF

Rusiyanın Moldovadakı səfirliyi, Putinin sadələşdirilmiş qaydada vətəndaşlıq almaq haqqında fərmanına uyğun olaraq, Dnestryanıdakı bütün müraciət edənlərin Rusiya vətəndaşlığını alacağına zəmanət verib.

Teleqraf xəbər verir ki, Rusiyalı diplomatlar "Telegram" kanallarında yayımladıqları açıqlamada Prezidentin 330 nömrəli fərmanına uyğun olaraq Rusiya vətəndaşlığının alınması proseduruna görünməmiş dərəcədə yüksək maraq var.

1 iyun tarixinə olan məlumata görə, artıq 35 mindən çox insan onlayn gözləmə siyahısına yazılıb və bu rəqəm durmadan artmaqdadır. Səfirlik öz növbəsində konsulluq qəbul imkanlarını genişləndirmək üçün bütün zəruri tədbirləri görür.

Sənəddə qeyd olunur ki, fərmanın tələblərinə cavab verən Rusiya vətəndaşlığına müraciət edən hər bir şəxsə baxılması üçün ərizə təqdim etmək imkanı veriləcək. Sənəddə yayılan şayiələrə və məlumatlara tənqidi yanaşmağın vacibliyi vurğulanır: "Dəfələrlə vurğulandığı kimi, bu yeni prosedurun tətbiqi sırf humanitar xarakter daşıyır və həmvətənlərimizə dəstək olmaq üçündür.